Salyanda avtomobillər toqquşub - Xəsarət alanlar var

Kateqoriya məlum deyil
T
Salyan rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Stansiya yaşayış massivi ərazisində qeydə alınıb.
Belə ki, “Jiqulu” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində rayonun 20 Yanvar küçəsinin sakinləri, 1998-ci il təvəlüdlü Məmmədli Fərid Elşən oğlu və 2003-cü il təvəllüdlü Ələkbərov Ceyhun Seymur oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.






