Sumqayıtda iki “F-1” qumbarası TAPILDI
Hadisə
10:58 / 05.06.2024
2869
Sumqayıtda “F-1” markalı iki əl qumbarası aşkar edilib.
Sfera.az məlumat verir ki, hadisə Sumqayıt şəhərinin 22-ci məhəlləsində qeydə alınıb.
Belə ki, məişət tullantılarının üzərindən 2 ədəd “F-1” markalı əl qumbarası tapılıb.
Məsələ barədə polisə məlumat verilib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (report)