Masallıda ev YANDI

Hadisə
10:50 / 05.06.2024
2772
Masallı rayonunun Təzə Alvadı kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları 120 m² sahədə yanıb.
Sfera.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.