Bu üsulla bank kartından 10800 manat oğurladılar - DİQQƏTLİ OLUN!

Bu üsulla bank kartından 10800 manat oğurladılar - DİQQƏTLİ OLUN!

Azərbaycanda daha bir vətəndaşın bank kartından böyük məbləğdə pul oğurlanıb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib. 

 

“Dünən bir vətəndaşa xaricdən zəng gəlib, alış-veriş saytında satdığı əşyanı almaq üçün beh göndərilməsi təklif olunub. Vətəndaş 16 rəqəmlə yanaşı, digər şəxsi məlumatları da təqdim edib. Beləliklə, bank kartında olan 10800 manat çıxarılıb”, - qurum rəsmisi bildirib.

 

O qeyd edib ki, cinayətkarlıq sürətlə real həyatdan kiber məkana köçürülür: “Çağırışlar, təhdidlər fərqlidir. Cinayətkarlığın qurbanı olmamağın əsas şərti məsuliyyətdir. Ani diqqətsizliyin maddi ziyanla nəticələnmə riski yüksəkdir”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR