Astarada 14 yaşlı uşağı yük maşını vurdu

Kateqoriya məlum deyil
T
Astarada yol-nəqliyyat hadisəsi olub.
Sfera.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, hadisə rayonun Züngüləş kəndində baş verib.
Belə ki, “QAZ-66” markalı yük maşını velosipedlə hərəkətdə olan rayonun Ərçivan qəsəbə sakini 2010-cu il təvəllüdlü O. N-ni vurub.
Qəzada ağır xəsarət alan yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.






