Şəkidə üç yaşlı uşağı it dişləyib

Şəkidə üç yaşlı uşağı it dişləyib
Kateqoriya məlum deyil
T

Şəkidə üç yaşlı uşağı sahibsiz it dişləyib.

 

Hadisə rayonun Kiçik Dəhnə kəndində baş verib.

 

2021-ci il təvəllüdlü Elmir Elbəy oğlu Qədirlini küçədə sahibsiz it sağ ayağının baldır nahiyəsindən dişləyərək xəsarət yetirib.

 

Valideynlərinin köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılan Elbəy Qədirliyə lazımi tibbi yardım göstərilib. Ona quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.//Apa

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR