Daha bir gənci ildırım vurdu: VƏZİYYƏTİ AĞIRDIR

Hadisə
23:00 / 31.05.2024
5317
Gəncədə 24 yaşlı oğlanı ildırım vurub.
Sfera.az-ın məlumatına görə, hadisə şəhərin Həsən Əliyev küçəsində qeydə alınıb.
Belə ki, 24 yaşlı O.Quliyevi ildırım vurub. O, təcili yardım briqadası tərəfindən Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan öncə Tovuzda yeniyetməni ildırım vuraraq həyatına son qoymuşdu.