Ağdamda mina partlayışı - ANAMA əməkdaşının ayağı AMPUTASİYA EDİLDİ 

Ağdamda mina partlayışı - ANAMA əməkdaşının ayağı AMPUTASİYA EDİLDİ
Kateqoriya məlum deyil
T

İşğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

 

Bildirilib ki, ANAMA əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində onun sol ayağının topuq nahiyəsi amputasiyası olunub.

 

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR