Bakıda çoxmərtəbəli binada yanğın - 6 nəfər təxliyə olundu

Bakıda çoxmərtəbəli binada yanğın - 6 nəfər təxliyə olundu
Kateqoriya məlum deyil
T

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə edilib.

 

Bu barədə Sfera.az-a FHN-dən bildirilib.

 

Məlumata görə, Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 76 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 p.m mebel və 3 ədəd məişət avadanlığı yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR