Bakıda 23 yaşlı gənc bıçaqlandı

Kateqoriya məlum deyil
T
Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, NZS qəsəbəsində 2001-ci il təvəllüdlü Quliyev Zaur Zülfi oğlu dava zamanı bıçaq xəsarəti alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.






