Hərbçimiz Kəlbəcərdəki qəzada HƏLAK OLDU - YENİLƏNDİ

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçular həkimlərin nəzarəti altındadır.
"Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır", - deyə MN-dən bildirilib.
***
14:29
Kəlbəcər rayonunda yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayonda Qozlukörpü deyilən ərazinin yaxınlığında qeydə alınıb.
Şirkətlərdən birinə məxsus "DAF" avtomobili ilə "VAZ 21 015" markalı avtomobil toqquşub. Qəza zamanı beş nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırmaya başlanılıb.(qafqazinfo)