Bakı-Qazax yolunda yük maşını aşdı

Hadisə
22:45 / 28.04.2024
3992
Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.
Sfera.az lent.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan sement daşıyan "DAF" markalı yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını yolunun kənarına aşıb.
Qəza zamanı xəsarət alan olmasa da, yük maşına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.