Sabunçuda avtomobillər toqquşdu - yaralı var

Kateqoriya məlum deyil
T
Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az report.az-a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1994-cü il təvəllüdlü İsgəndərov Daşqın Akif oğlu xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.






