BŞTİ-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

BŞTİ-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.

 

Bu barədə Sfera.az-a Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.


 
Bildirilib ki, məktəbin işçiləri tərəfindən operativ şəkildə ilkin qabaqlayıcı tədbirlər görülüb. Şagirdlər təxliyə olunub, xəsarət alan yoxdur.


 
Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Müvafiq mütəxəssislər tərəfindən məktəbə baxış keçirilərək problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR