Oğuzda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

Hadisə
22:11 / 21.04.2024
6137
Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Sfera.az report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndində baş verib.
Belə ki, Xaçmaz kənd sakini, 1994-cü il təvəllüdlü Araz İlyas oğlu Rəsulovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq dirəyə çırpılıb.
Nəticədə sürücü və onun sərnişini, 1995-ci il təvəllüdlü Ərazi Zaman oğlu Abdulhəlimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.