Şəkidə qəza - xəsarət alan var

Hadisə
16:50 / 21.04.2024
3377
Şəki rayonunda minik avtomobilləri toqquşub, xəsarət alan var.
Sfera.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı bir nəfər sərnişin, 1968-ci il təvəllüdlü İpək Camal qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İ. Həsənovaya Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi ilkin tibbi yardım göstərildikdən sonra müayinə edilmək üçün Qəbələ RMX-a göndərilib.
Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.