Keçmiş millət vəkili Hadı Rəcəbli VƏFAT ETDİ

Keçmiş millət vəkili Hadı Rəcəbli VƏFAT ETDİ
Kateqoriya məlum deyil
T

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadi Rəcəblinin ölümü ilə bağlı məlumat yayıb.

 

Qurumdan Sfera.az-a verilən məlumata görə, sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17 aprel saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

 

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadi Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.

 

***

 

09:55

 

Azərbaycanda keçmiş millət vəkili Hadi Rəcəbli vəfat edib.

 

Sfera.az xəbər verir ki, məlumatı report-a mərhumun ailəsi təsdiq edib.

 

O, bu gün 76 yaşında dünyasını dəyişib. (report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR