Sabirabadda ağır QƏZA- ÖLƏN VƏ YARALANANLAR VAR

Sabirabadda ağır QƏZA- ÖLƏN VƏ YARALANANLAR VAR

Sabirabadda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Sfera.az xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.

 

Qəza nəticəsində 1996-cı il təvəllüdlü Məmmədov Sabir Bayram oğlu hadisə yerində keçinib. Kənd sakini 1992-ci il təvəllüdlü İsmayılova Dostu Əliyar qızı isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 
Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR