Bakıda maşın bazarında yanğın

Kateqoriya məlum deyil
T
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən Maşın bazarının ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Sfera.az-a verilən məlumata görə, mağazada baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.






