Biləsuvarda motosikleti idarə edən yeniyetmə qəza TÖRƏTDİ

Biləsuvarda motosikleti idarə edən yeniyetmə qəza TÖRƏTDİ
Kateqoriya məlum deyil
T

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Xırmandalı kəndinin ərazisində qeydə alınıb.

 

Kənd sakini 2008-ci il təvəllüdlü A. N. Rafət oğlu, atasına məxsus motosikleti sürərkən idarəetməni itirib.

 

Nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

 

Qəzada yeniyetmə xəsarət alıb və təcili Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR