Bakı metrosunda problem yarandı, sərnişinlər düşürüldü - RƏSMİ AÇIQLAMA

Bakı metrosunda problem yarandı, sərnişinlər düşürüldü - RƏSMİ AÇIQLAMA

Bakı metrosunda problem yaranıb.

 

Bu barədə Sfera.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov tərəfindən məlumat verilib.

 

“Həzi Aslanov-Dərnəgül” (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yaranıb. Normativlərə uyğun olaraq, sərnişinlər “28 May” stansiyasında düşürülüb. Qatar xətdən çıxarılıb, əvəzinə qatar verilib və yaranmış problem qısa müddətdə aradan qaldırılıb”, - məlumatda qeyd edilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR