Məhkəmədən Əziz Orucov barədə QƏRAR

Məhkəmədən Əziz Orucov barədə QƏRAR
Kateqoriya məlum deyil
T

Bakı Apellyasiya Məhkəməsində Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub.

 

Bu barədə Sfera.az-a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib.

 

Bildirib ki, onun barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti təmin olunmayıb.

 

Qeyd edək ki, o, ötən il noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

 

Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb. (Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR