Abşeronda yeznə-qayın mübahisəsi ölümlə NƏTİCƏLƏNDİ

Kateqoriya məlum deyil
T
Abşeron rayonunda yeznə və qayının mübahisəsi ölümlə nəticələnib.
Sfera.az xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, martın 19-da 1950-ci il təvəllüdlü Cəlil Abakən oğlu Şabanov öz qayını ilə mübahisə edib. Ağır xəsarətlər alan yaralı dərhal xəstəxanaya çatdırılıb.
O, 11 gün sonra aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.






