"Hunday" betonqarışdıran maşına çırpıldı: sürücü öldü

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Sfera.az-ın Report-a istinadən məlumatına görə, "Hunday" markalı avtomobil betonqarışdıran yük maşınına çırpılıb.

 

Nəticədə minik avtomobilinin sürücüsü, Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Murad Elçin oğlu Yusibov aldığı xəsarətlərdən dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR