Abşeronda AĞIR QƏZA - Ölən və yaralananlar var

Abşeronda AĞIR QƏZA - Ölən və yaralananlar var

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

 

Sfera.az xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb.

 

"VAZ-2106" və yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Rasim Nadir oğlu Hacıyev hadisə yerində ölüb.

 

Qəza zamanı daha 2 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.//Report


OXŞAR XƏBƏRLƏR