Hoteldəki yanğında 25 nəfər təxliyə edildi

Kateqoriya məlum deyil
T
Bakının Səbail rayonunda baş verən yanğınla bağlı FHN yeni məlumat yayıb.
Sfera.az-ın məlumatına görə, bildirilib ki, yanğın zamanı 25 nəfər təxliyə edilib.
Bildirilib ki, paytaxtın Səbail rayonunun Qəsr küçəsində yerləşən və hər mərtəbəsi 750 m² olan dördmərtəbəli hotel binasının ikinci mərtəbəsində sahəsi 9 m² olan saunanın yanar konstruksiyaları yanıb. Yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Binanın qalan hissəsi yanğından muhafizə olunub. Yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.






