Ölənlərin sayı 99 nəfərə çatdı - YENİLƏNDİ - VİDEO

Ölənlərin sayı 99 nəfərə çatdı - YENİLƏNDİ - VİDEO

Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.

 

***

 

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananlar sayı 130-a çatıb, 40 nəfər ölüb.

 

Sfera.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı bildirib.

 

***

 

22:20

 

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 100-dən çox yaralanan var.

 

Sfera.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb. (report)

 

***

 

22:10

 

Moskva vilayətinin "Crocus City Hall" konsert salonunda baş verən atışmda ölənlərin sayının 15-ə çatdığı bildirib.

 

Sfera.az xəbər verir ki, konsert salonunda atışma ilə yanaşı partlayış səsləri də eşidilib.

 

Qeyd edək ki, "Krokus Siti Holl"da Rusiyanın "Piknik" qrupu konsert proqramı ilə çıxış edirdi. Məlumata görə atışma zamanı musiqiçilər xəsarət almayıb.

 

****

 

22:03

 

Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Krokus Siti Holl” binasında naməlum şəxslər insanlara atəş açıblar.

 

Sfera.az xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

 

Məlumata əsasən insanlar binadan təxliyə olunur. İlkin məlumatlara görə, atışma avtomatdan həyata keçirilib.

 

Hadisənin hansı şəraitdə baş verməsi, ölən və ya yaralıların olub-olmaması barədə məlumatlar dəqiqləşdirilir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR