Bərdədə azyaşlını it DİŞLƏDİ

17:40 / 18.03.2024
18124
Bərdədə 7 yaşlı uşağı it dişləyib.
Sfera.az xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb. 2017-ci il təvəllüdlü Rəhimova Dəniz Kənan qızı həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək dişləyib.
Uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. (apa)