Metroda oğurluq edən qadın SAXLANILDI - Əməliyyat zamanı...

Hadisə
11:50 / 18.03.2024
4145
Metroda cibgirlik edən qadın saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov məlumat yayıb.
O bildirib ki, Metropolitendə polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Heybət Yarəlizadə saxlanılıb.
Qeyd edək ki, həmin qadın əvvəllər də eyni əmələ görə məhkum olunub.
Ülkər Abdurahmanlı