Bu ölkədə 16 əsgər HƏYATINI İTİRDİ: Hücumun səbəbi...

Hadisə
11:30 / 18.03.2024
2509
Nigeriyanın Delta əyalətində silahlı hücum zamanı 16 əsgər həyatını itirib.
Sfera.az xəbər verir ki, bu barədə Nigeriya Müdafiə İnformasiya müdiri Tukur Qusau məlumat verib. O bildirib ki, Delta əyalətinin Bomadi bölgəsindəki iki kənddə sülhməramlı xidmətdə olan əsgərlərə silahla hücum edilib.
"İndiyə qədər hücumla əlaqədar bir neçə adam nəzarətə alınsa da, hücumun səbəbini ortaya çıxarmaq üçün lazımi addımlar atılmağa başlanıb".
Ülkər Abdurahmanlı