Polşa Prezidentinin təyyarəsində NASAZLIQ: “Buna baxmayaraq..."

Polşa Prezidentinin təyyarəsində NASAZLIQ: “Buna baxmayaraq...

Polşa Prezidenti Anjey Duda təyyarə ilə bağlı problem yaşayıb.

 

Sfera.az bildirir ki, bu barədə Polşanın “İnteria” nəşri məlumat yayıb. Qeyd olunub ki, Polşa Prezidentinin “Boeing 737” təyyarəsində yaranan nasazlıqla bağlı Anjey Duda, ABŞ-dən Avropaya ehtiyat təyyarə ilə qayıtmaq məcburiyyətində qalıb:

 

“Buna baxmayaraq, Anjey Duda planlarını dəyişmir və cümə axşamı Brüsselə yola düşür”.

 

Bildirilib ki, ekipajın bortdakı monitorinq sistemində nasazlıq yaranıb. Qüsurlu “Boeing 737” təyyarəsi qaydalara uyğun olaraq Polşaya sərnişinsiz qayıdacaq.

 

Qeyd edək ki, Polşa Prezidenti baş nazir Donald Tusk ilə birlikdə ABŞ lideri Co Baydenlə görüşüb. Duda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşmək üçün Brüsselə gedir.

 

Günay


OXŞAR XƏBƏRLƏR