Bu ölkədə güclü ZƏLZƏLƏ OLDU - Can itkisi və dağıntı...

Bu ölkədə güclü ZƏLZƏLƏ OLDU - Can itkisi və dağıntı...

Monteneqronun Nikşiç şəhəri yaxınlığında yerli vaxtla saat 04:06-da güclü zəlzələ baş verib.

 

Sfera.az xəbər verir ki, Monteneqro Hidrometeorologiya və Seysmologiya Təşkilatı, zəlzələnin maqnitudasının 5,4 olduğunu açıqlayıb.

 

Dərinliyi 10 kilometr olduğu təsbit edilən zəlzələ ilə bağlı indiyədək can itkisi və dağıntı barədə məlumat verilməyib. Zəlzələnin Bosniya və Herseqovina, Xorvatiya, Kosovo və Albaniyada da hiss olunduğu bildirilib.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR