Rusiyada təyyarə QƏZAYA UĞRADI - 15 nəfər...

Hadisə
15:50 / 12.03.2024
5847
Rusiya ordusuna məxsus içərisində 15 nəfərin olduğu "İL-76" hərbi təyyarəsi İvanovo vilayətində qəzaya uğrayıb.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, qəzada sağ qalan olmayıb. Bildirilib ki, qəza, təyyarənin mühərriklərindən birinin yanması səbəbindən baş verib.
Qeyd edək ki, qəza zamanı təyyarədə 8 ekipaj üzvü və 7 sərnişin olub.
Ülkər Abdurahmanlı