Toplum TV-nin ofisində axtarış aparıldı - DİN-dən AÇIQLAMA

Toplum TV-nin ofisində axtarış aparıldı - DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Toplum TV-də axtarış aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.

 

Sfera.az-a DİN Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

 

“Əlavə məlumat veriləcək”, - mətbuat xidmətindən bildirilib.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Toplum TV-nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.


OXŞAR XƏBƏRLƏR