Binəqədidə ikimərtəbəli evdə yanğın oldu

Binəqədidə ikimərtəbəli evdə yanğın oldu

Binəqədidə ikimərtəbəli evdə yanğın olub.

 

Sfera.az xəbər verir, ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 kvadratmetr (hər mərtəbəsi 100 kvadratmetr) olan ikimərtəbəli beşotaqlı evin zirzəmisinin yanar konstruksiyaları və istifadəyə yararsız ev əşyaları 20 kvadratmetr sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR