Dünya turuna çıxan turistlərə TƏCAVÜZ: \"Düşündüm ki, öləcəyik...\" - FOTO

Dünya turuna çıxan turistlərə TƏCAVÜZ: \

Əri ilə birlikdə motosikletlə dünya turuna çıxan ispaniyalı turist Hindistanda bir qrup gənc tərəfindən təcavüzə məruz qalıb.

 

Sfera.az bildirir ki, Hindistan polisi hücum edənlərdən üç nəfəri saxladığını açıqlayıb. Dünyanı şoka salan hadisə, cütlüyün ölkənin Dumka bölgəsində gecələmək üçün düşərgə saldıqları zaman baş verib.

 

Ölkə mətbuatında çıxan xəbərlərə görə, bir qrup hindistanlı kişi cütlüyü döydükdən sonra gənc qadına təcavüz edib. Olayın qurbanı olan qadın səssizliyini pozub. O, sosial media hesabından təəssüratlarını paylaşıb. Üzündəki yaraları göstərən turist “Məni ən çox üzən bu deyil. Düşündüm ki, biz öləcəyik. Allaha şükürlər olsun ki, sağıq”, - deyib.

 

Qeyd edilib ki, hücum edən digər şəxslərin tutulması istiqamətində işlər davam etdirilir.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR