Gəncədə 2 nəfər dəm qazından ZƏHƏRLƏNDİ

Kateqoriya məlum deyil
T
Gəncədə qadın və kişi dəm qazından zəhərləniblər.
Sfera.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən binaların birində baş verib. Belə ki, 1975-ci il təvəllüdlü Gülmira Yusibova və 1992-ci il təvəllüdlü Ayxan Hümbətov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Zəhərlənən şəxslərin yaxınların sözlərinə görə, hər iki şəxs yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.






