Logo

Oğul xilas edildi, ana öldü

Oğul xilas edildi, ana öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gecə Bakıda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın  Binəqədi rayonunda beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilində baş verib.

Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibinin oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub və ev sahibi 1937-ci il təvəllüdlü Sadıqova Alimə Məmmədhüseyn qızının tüstüdən boğulmuş vəziyyətdə meyiti aşkar edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR