İsmayıllıda yük və minik maşınları toqquşdu - Ölən var

İsmayıllıda yük və minik maşınları toqquşdu - Ölən var

İsmayıllıda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Sfera.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, fevralın 22-i saat 18 radələrində İsmayıllı rayonunun Xanagah kəndi ərazisində “MAZ” markalı yük avtomobili ilə “Azsamand” markalı minik avtomobili toqquşub.

 

Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 34 yaşlı Nigar Bayramova aldığı xəsarətlərdən vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR