Bəhram Rüstəmova 7 il 6 ay HƏBS VERİLDİ - FOTO

Bəhram Rüstəmova 7 il 6 ay HƏBS VERİLDİ - FOTO

Dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “bəyaztv.az” saytının rəhbəri 1972-ci il təvəllüdlü Bəhram Rüstəmova hökm oxunub.

 

Sfera.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə B.Rüstəmov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 182.2.2-ci (Xeyli miqdarda dələduzluq, təkrar dələduzluq, hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinib.

 

İttihamda qeyd edilib ki, B.Rüstəmov müharibə iştirakçısı olan 10 nəfərə yaxın şəxsə əlillik dərəcələrinin alınması və ya əlilliyin bərpası vədi verib. O, həmin şəxslərdən xeyli miqdarda pul alıb. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Göygöl Rayon Şöbəsinin müdiri, Samux rayonu Sərkar kənd musiqi məktəbinin və həmin kənddəki orta məktəbinin direktorları da zərərçəkmiş şəxs qismində tanınıb.

 

Sayt rəhbərinin vəzifəli şəxsləri rüsvay etmə hədəsi ilə şantaj edərək pul alması bildirilib. Məhkəmədə B.Rüstəmov özünü qeyd edilən əməllər üzrə qismən təqsirli bilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Rüstəmova 7 il 6 ay həbs cəzası verilib.  (Qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayışda ölənlərlə əlaqədar İrana başsağlığı veri...

Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİAÇIQLANDI ƏƏ

Şuşada baş verən qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb.   Sfera.az xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq verilən məlum...

MM sədri kim olacaq? - İki əsas namizəd

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.   Sfera.az Yenisabah.az-a istinadən xəbər verir ki, qüvvədə olan qa...

Azərbaycan gimnastları Portuqaliyada 4-cü qızıl medalı əldə ediblər

Azərbaycan idmançıları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında 4-cü qızıl medalı aktivinə yazdırıblar. ...

Həddindən artıq qəhvə içmək nələrə səbəb olur?

Araşdırmalara görə, həddindən artıq qəhvə istehlakı beynin xroniki yuxu çatışmazlığından sağalma qabiliyyətinə mənfi təsir göstərə bilər. Kofein yuxululuq hissi...

Yol polisindən piyadalara MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.   İdarədən Sfera.az-a verilən xəbərə görə, müraciətdə deyilir:   "Piyadavurma...