Ermənistanda məhkəmə-tibbi mərkəzin direktoru SAXLANILDI

Kateqoriya məlum deyil
T
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları məhkəmə-tibbi elmi-praktik mərkəzin direktoru Mqer Bişaryanı saxlayıblar.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd olunub ki, daha əvvəl komitənin əməkdaşları İrəvanın mərkəzində yerləşən müəssisəyə gəliblər. Bir neçə saatlıq axtarışlardan sonra müstəntiqlər M.Bişaryanı özləri ilə aparıblar.
Digər təfərrüatlar barədə məlumat verilməyib.






