Sumqayıtda binanın zirzəmisindən çürümüş meyit TAPILDI

Kateqoriya məlum deyil
T
Sumqayıtda binanın zirzəmisindən çürümüş kişi meyiti tapılıb.
Sfera.az xəbər verir ki, hadisə 11-ci mikrorayon ərazisində qeydə alınıb. Ərazidə yerləşən binalardan birinin padvalından təxminən 45-50 yaşlarında kişi meyiti tapılıb.
Meyit tapılan zaman çürümə prosesinin başladığı müəyyən olunub.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. (Report)






