Oğuzda avtomobil kanala aşdı - XƏSARƏT ALANLAR VAR - FOTO

Oğuzda avtomobil kanala aşdı - XƏSARƏT ALANLAR VAR - FOTO

Oğuz rayonunda qəzaya uğrayan avtomobil su kanalına aşıb, xəsarət alan var.

 

Sfera.az xəbər verir ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Rayonun Kərimli kənd sakini Nüsrət Hümbət oğlu Kərimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR