Bakıxanov qəsəbəsində 2 mərtəbəli obyektdə YANĞIN OLDU

Hadisə
17:40 / 14.02.2024
2672
Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yanğın olub.
Sfera.az xəbər verir ki, yanğın 2 mərtəbəli, ümumi sahəsi 160 kvadratmetr olan obyektdə qeydə alınıb.
Birinci mərtəbəsində avtoyuma məntəqəsi, ikinci mərtəbəsində çay evi fəaliyyət göstərən obyektdə baş verən yanğınla bağlı hadisə yerinə FHN-in yanğından mühafizə bölmələrinin yanğınsöndürənləri cəlb olunub.
Yanğın söndürülüb.