Göyçayda mal-qara dolu tövlə qəsdən YANDIRILDI - FOTO

Göyçayda mal-qara dolu tövlə qəsdən YANDIRILDI - FOTO

Fevralın 13-də Göyçay rayonunun Qarabağlar kəndi ərazisində kənd sakininə məxsus tövlənin, çardaq hissəsindəki ot bağlamalarının və içərisində olan 12 baş iribuynuzlu mal-qaranın yanaraq tələf olması barədə polis şöbəsinə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı yanğının qəsdən törədildiyi və vətəndaşa ümumilikdə 58 min manata yaxın maddi ziyan dəydiyi müəyyən edilib.

 

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, 1992-ci il təvəllüdlü Seymur Piriyev saxlanılıb. O, əməlini etiraf edib və əvvəllər şəxsi münasibətlər zəminində zərərçəkmişlə aralarında yaranmış narazılığa görə ona məxsus tövləni qəsdən yandırdığını bildirib.

 

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ilə cinayət işi başlanıb, S.Piriyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin də qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Şöbə əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə mağazadan oğurluq etməkdə şübhəli bilinən Elçin İsgəndərov və Rövşən Zamanov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, əvvəllər həmin mağazada işləyən Elçin İsgəndərov tanışı Rövşən Zamanov ilə birlikdə son 2 ay ərzində bir neçə dəfə həmin obyektə daxil olaraq oradan ümumi dəyəri 9 min manatdan artıq olan tütün məmulatları və digər əşyaları oğurlayıblar.

 

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

"ABŞ Rusiyaya tərəfdaşlıq təklif edəcək, lakin..." - Drize

“Birləşmiş Ştatlar Rusiyaya tərəfdaşlıq təklif edəcək, lakin yalnız birtərəfli qaydada — Amerika lider olmalıdır”.   Sfera.az bildi...

Nigeriyada yataqxanada yanğın baş verdi - 17 nəfər öldü

Nigeriyada məktəb yataqxanasında yanğın baş verib, nəticədə 17 nəfər həlak olub. Sfera.az xəbər verir ki, bu barədə yerli “Guardian Nigeria” nəşr...

“Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: İndi səyahət daha rahat və sərfəlidir

"Birbank Private" müştərilərinə eksklüziv xidmətlər, unikal imtiyazlar təklif etməyə davam edir. Belə ki, Birbank Private, "PAŞA Travel" və ...

Prezident bu naziri vəzifəsindən azad etdi - SƏRƏNCAM

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, ...

“Yaxın Şərq Rivierası”... - Trampın Qəzza ilə bağlı planı mediaya SIZDI

Trampın Qəzza zolağına tam nəzarət, o cümlədən milyonlarla fələstinlinin qonşu ölkələrə məcburi köçürülməsi istiqamətində açıqlamaları dünya mediasında səs-küy ...

Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı

Bakıda həbs edilən Rusiyanın Krasnodar vilayətinin sabiq hakimi Yelena Xaxaleva həbsdən buraxılıb.   Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a...