Göyçayda maşın piyadanı vuraraq öldürdü

Göyçayda maşın piyadanı vuraraq öldürdü

Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a bildirilib ki, fevralın 11-i saat 19 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində Famil Atakişiyev idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə yolu keçən piyada 1983-cü il təvəllüdlü Göyçək İsgəndərovanı vurub.

 

Piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.


OXŞAR XƏBƏRLƏR