Logo

Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəki sakinləri Oğuzda qəzaya düşüb, xəsarət alanlar var.

Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə Oğuz-Şəki-Yevlax avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki rayon Qayabaşı kənd sakini, 1973-cü il təvəllüdlü Əzizov Elşən Ələfsər oğlunun idarə etdiyi “VAZ-2109” markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə sərnişinlər, 1994-cü il təvəllüdlü Əzizov Eyvaz Fərman oğlu və 1994-cü il Orucov Vəli Bakir oğlu bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR