Xocavənddə güclü PARTLAYIŞ - Xəsarət alan var

11:07 / 10.02.2024
8292
Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub, xəsarət alan var.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.
Qeyd olunub ki, bu gün saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması bağlı polisə məlumat daxil olub. 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb.
Vətəndaş xəstəxanaya təxliyyə edilib.
Faktla bağlı araşdırma aparılır.