Aqşin “ByFateh”dəki davada qadının telefonunu qırıbmış...

Aqşin “ByFateh”dəki davada qadının telefonunu qırıbmış...

Tanınmış meyxanaçı Aqşin Fatehin işlətdiyi “ByFateh” restoranında baş verən davaya görə açılan cinayət işi ilə əlaqədar məhkəmə prosesi başa çatıb.

 

Sfera.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə Aqşin Fatehin özü də iştirak edib.

 

Hadisəyə səbəb A.Fatehlə şəriki Füzuli Alıyev arasında baş verən narazılıq olub. 

 

Məhkəmə istintaqı zamanı toplanmış sübutlarla müəyyən edilib ki, zərərçəkmiş F.Alıyev restoranının sonuncu və yeni icarəçisi kimi obyektə gəlib və orada olan işçi heyətinə buna dair sənədlər göstərərk oranı tərk etmələrini tələb edib. Bu zaman restoranda çalışanlar Aqşin Fatehə zəng edərək məsələ ilə bağlı məlumat veriblər.

 

Agşin Ömər adlı tanışı ilə restorana gələrək Füzuli ilə özünə məxsus əşyaları götürməklə bağlı mübahisə edib. Əşyaların Aqşinə, yaxud obyektin sahibinə məxsus olmasına dair məlumatı olmadığı üçün Füzuli buna icazə verməyib.

 

Aqşin isə öz işçilərinə özünə aid əşyaları götürməklə bağlı göstəriş verib. Cinayət işində təqsirləndirilən şəxs Vaqif Nadirov (ad-soyad şərtidir) əşyaları götürmək istəyərkən qarşı tərəf buna mane olub. Nəticədə mühafizəçi işləyən Vaqif qarşı tərəfi itələyib, onlar arasında dartışma olub. Bu zaman hadisəni restoranda gül satan Fəridə adlı qadın telefonu ilə videoya çəkmək istəyib. Aqşin isə qadının telefonu əlindən alaraq yerə çırpıb.

 

Məhkəmə belə qənaətə gəlib ki, hadisə zamanı təqsirləndirilən şəxs heç kimə xəsarət yetirməyib.  Yuxarıda qeyd olunan işin hallarından belə nəticəyə gəlinib ki, mühafizəçi Aqşin Fatehin göstərişlərini yerinə yetirib, heç kimə hədə-qorxu gəlməyib, xəsarət yetirməyib. 

 

Vaqif Nadirovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərində təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilib. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...