Zaqatalada avtomobil vuran məktəblinin vəziyyəti necədir? - AÇIQLAMA

Kateqoriya məlum deyil
T
Xəbər verdiyimiz kimi, Zaqatalada üç məktəblini avtomobil vurub, ikisi ölüb, biri ağır xəsarət alıb.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən Sfera.az-a verilən məlumata görə, xəsarət alan 2013-cü il təvəllüdlü İbrahimzadə İbrahim Əziz oğlu Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, məktəblinin vəziyyəti ağır olaraq qalır.
Firuzə Əliyeva





